Düşmənin qorxu içində gözləməsi cəzalandırılmanın bir növüdür

Düşmənin qorxu içində gözləməsi cəzalandırılmanın bir növüdür

Seyid Həsən Nəsrullah Məhərrəm ayı münasibətilə çıxışında deyib

Rasthaber Azərbaycan eastnews-a istinadən xəbər verir ki, Livan "Hizbullah" hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Məhərrəm ayı münasibətilə çıxış edib.

O, Livanın cənubundakı hadisləri əhəmiyyətli və həssas olaraq xarakterizə edib.

Seyid Həsən Nəsrullah çıxışının əvvəlində müqavimət yaralılarını və ailələrini tərifləyib. O qeyd edib ki, çətinliklərə baxmayaraq, hələ də səbr edirlər və bəziləri zədələrinə baxmayaraq, cəbhələrdədirlər.  

Seyid Həsən Nəsrullah bu çıxışında Livanın cənubundakı dünənki hadisələrə reaksiya verib:  

"Dünən Livanın cənubunda baş verənlər vacib və həssasdır, amma bu barədə danışmayacağam və bunu başqa vaxta keçirəcəyəm". 

Xatırladaq ki, İsrail rejimi çərşənbə günü səhər verdiyi açıqlamasında Livan müqavimət döyüşçülərinin işğal altındakı Fələstinin şimalına sızmasından sonra bölgəyə atəş açmağa başladığını iddia edib. 

Xəbəri paylaş

VİDEOLAR