"Düşmənin İrana qarşı keçirdiyi görüşlər barədə dəqiq məlumatımız var"

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının komandanı deyib: “Dəqiq məlumatımız vardır ki, düşmənin xüsusi xidmət orqanları regionun bəzi ölkələrində müxtəlif görüşlər keçirərək regionda sabitliyi pozmaq üçün terrorçu qruplaşmalara tapşırıq veriblər.”

Az.rasthaber.com xəbər verir ki, General-mayor Məhəmməd Pakpur bazar ertəsi Zahidanda keçirilən tayfa başçılarının toplantısında deyib: “Ölkənin cənub-şərq bölgəsində baş verən terror aktları təsadüfi olmayıb və düşmən xidmətlərinin rəhbərliyi altında həyata keçirilib.”

General-mayor Pakpur əlavə edib: “Düşmənin muzdlu terrorçularının ölkənin cənub-şərq bölgəsindəki hərəkətləri sionist cinayətkar rejimlə bağlıdır. Bu rejim hər vaxt hərəkətlənirsə, onların muzdluları da cənub-şərqdə əziz xalqımıza qarşı terror aktı həyata keçirirlər.

SEPAH Quru Qoşunlarının komandanı əlavə edib: “General şəhid Zahidinin Suriyada şəhadəti, Doğru Vəd əməliyyatı, sionist rejimin ölkəmizə qarşı əməliyyatı və... hadisələrlə eyni zamanda muzdlu terrorçular əməliyyatlar icra ediblər, bu məsələ heç də təsadüfi deyil.”
O vurğulayıb: “Bizim dəqiq məlumatımız var ki, düşmənin xüsusi xidmət orqanları regionun bəzi ölkələrində müxtəlif görüşlər keçirərək regionda sabitliyi pozmaq üçün terrorçu qruplaşmalara tapşırıq veriblər.”

Xəbəri paylaş

VİDEOLAR