"Telegram"ın qurucusu Fransada qalacağı yeri hakimlə razılaşdırmalıdır.
Az.rasthaber.com xəbər verir ki, o, ev dustaqlığında olmadığı üçün onun elektron qolbaq taxmayacağı qeyd edilib.
Ona qarşı müəyyən məhdudiyyətlər tətbiq edilib - Fransa ərazisini tərk edə bilməz, mütəmadi şəkildə polis bölməsinə gəlməlidir.
Fransa prokurorluğundan bildirilib ki, Durovun bütün pasportları onun əlindən alınıb.
Xatırladaq ki, Telegram-ın təsisçisi məhkəmə nəzarəti altında sərbəst buraxılıb, ona qarşı başladılan məhkəmə prosesi davam edir. O, həmçinin 5 milyon avro girov da ödəməlidir.