Fransa məhkəməsinin qərarı ilə "Telegram"-ın qurucusu Pavel Durovun həbs müddəti uzadılıb.
Az.rasthaber.com xəbər verir ki, bu haqda istintaqa yaxın mənbədən məlumat verilib.
Bildirilir ki, saxlanılma maksimum 96 saat davam edə bilər. Həmin vaxt bitdikdən sonra hakim onu ya azadlığa buraxmalıdır, ya da ona qarşı ittihamla çıxış etməlidir.
Xatırladaq ki, durov 24 avqustda Fransada yerli vaxtla 20:00 radələrində "Le Burje" hava limanında şəxsi təyyarəsindən düşərkən tutulub. Maraqlısı budur ki, Fransa hakimiyyəti onun təyyarəsinin eniş etməsindən az müddət öncə Durovun barəsində həbs orderi çıxarıb.