Dünyada qəhvənin qiyməti rekord həddə bahalaşdı

Dünyada qəhvənin qiyməti rekord həddə bahalaşdı

Bu ilin noyabr ayında dünya bazarında qəhvənin 1 funtunun (454 qram) qiyməti 10,1% artaraq 1,07 ABŞ dollarına çatıb

Rasthaber Azərbaycan xəbər verir ki, bu ilin noyabr ayında dünya bazarında qəhvənin 1 funtunun (454 qram) qiyməti 10,1% artaraq 1,07 ABŞ dollarına çatıb ki, bu da 12 aylıq rekord göstəricidir. 

Beynəlxalq Qəhvə Təşkilatının (İCO – İnternational Coffee Organization) hesabatına görə, 2019/2020-cı məhsul ilində qəhvənin 502 min kisəlik defisitlə 0,9% azalaraq 167,399 min kisə istehsal olunacağı, istehlakının isə 1,5% artaraq 167,901 min kisəyə çatacağı gözlənilir.

Odur ki, qiymətin bundan sonra da artacağı proqnozlaşdırılır. 

Xatırladaq ki, bu ilin oktyabr ayında dünyada qəhvə ixracının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 13,4% azalaraq 2017-ci ilin sentyabr ayından sonrakı dövr üçün minimum həddə - 8,91 milyon kisəyə düşüb.

 Buna səbəb kimi əlverişsiz hava şəraiti və dünya bazarlarında uzun müddət davam edən aşağı qiymətlər göstəriilir.

Xəbəri paylaş

VİDEOLAR