Kim Çen In yeni ildə etdiyi çıxışında ABŞ-a müraciət edib
Rasthaber Azərbaycan xəbər verir ki, Kim Çen In yeni ildə etdiyi çıxışında ABŞ-a müraciət edib.
O bildirib ki, əgər ABŞ bu ölkəyə qarşı düşmənçilik siyasətlərini davam etdirərsə Koreya yarımadasında heç vaxt nüvə tərk-silahı baş verməyəcək.
Nüvə daşındırıcılıq səviyyəsinin ABŞ-ın münasibət və hərəkətlərindən asılı olduğuna toxunan Şimali Koreya lideri "Pxenyan ABŞ-ın qarşısında dayanmaq üçün yeni və stratejik bir silah planlaşdırır", -deyə bildirib.
Kim Çen In ABŞ-a nüvə və raket proqramları ilə əlaqədar danışıqları təxirə salacağı təqdirdə böyük xəsarətlərlə üzləşəcəyi barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, Şimali Koreya hərəkətə keçəcək və ABŞ-a danışıqlardan sui-istifadə etmək imkanı verməyəcək.
Şimali Koreya lideri sözlərinin sonunda deyib: "ABŞ regionda hərbi təlimlərini davam etdirəcəyi təqdirdə Şimali Koreya nüvə daşındırıcılıq və qitələr arası ballistik raketləri sınağı qadağasına riayət etməyəcək."