ABŞ koronavirusa yoluxma hallarının sayına görə dünyanın bütün dövlətləri arasında liderdir
Rasthaber Azərbaycan xəbər verir ki, dünyada pandemiya elan olunan koronavirusa yoluxan ölkələrin sayı artmaqla yanaşı çox yoluxma halı alma da hər gün dəyişir.
worldometers saytı dünya üzrə rəsmi mənbələrə istinadla özünün onlayn cədvəlini hazırlayıb. Xəbər hazırlanan vaxtda bu hesablamalara görə, dünyada 1,218,124 insan koronavirusa yoluxub, ümumilikdə 65,841 dünyasını dəyişib.
Cədvələ görə ilk 10-luqda aşağıdakı ölkələr sıralanıb:
1. ABŞ yoluxma sayı 311,637, ölənlərin sayı 8,454
2. İspaniya yoluxma sayı 130,759, ölənlərin sayı 12,418
3. İtaliya yoluxma sayı 124,632, ölənlərin sayı 15,362
4. Almaniya yoluxma sayı 96,471, ölənlərin sayı 1,447
5. Fransa yoluxma sayı 89,953, ölənlərin sayı 7,560
6. Çin yoluxma sayı 81,669, ölənlərin sayı 3,329
7. İran yoluxma sayı 58,226, ölənlərin sayı 3,603
8. Böyük Britaniya yoluxma sayı 41,903, ölənlərin sayı 4,313
9. Türkiyə yoluxma sayı 23,934, ölənlərin sayı 501
10. İsveçrə yoluxma sayı 21,100, ölənlərin sayı 680
(islamazeri.com)