Dünya Bankından fələstinlilərlə bağlı yeni HESABAT: "Zamana qarşı yarış"

Dünya Bankından fələstinlilərlə bağlı yeni HESABAT:

Dünya Bankı bildirib ki, hər dörd fələstinlidən biri İsrail işğalının Fələstin iqtisadiyyatına təsirləri səbəbindən yoxsulluq həddinin altında yaşayır.

Az.rasthaber.com xəbər verir ki, "Zamana qarşı yarış" adlı Fələstin İqtisadi Monitorinq Hesabatı Fələstinə inkişaf yardımı ilə bağlı sentyabrın 20-də Nyu-Yorkda keçirilən toplantıda təqdim edilmək üçün hazırlanıb.

Hesabatda İsrailin Fələstin iqtisadiyyatı və səhiyyəsi ilə bağlı məhdudiyyətləri vurğulanıb.

Fələstin iqtisadiyyatının 3 faizlik potensialdan daha aşağı böyüməsinin gözlənildiyi hesabatda Fələstin ərazilərində əhalinin artım tendensiyası nəzərə alınmaqla, adambaşına düşən gəlirin sabit qalacağı və həyat standartlarına mənfi təsir göstərəcəyi qeyd edilib.

İsrailin tətbiq etdiyi məhdudiyyətlərin səhiyyə xidmətlərinə çıxışın qarşısını aldığı, xüsusilə Qəzza əhalisinə mənfi təsir etdiyi bildirilib.

Dünya Bankının İordan çayının Qərb sahili və Qəzza üzrə direktoru Stefan Embladın sözlərinə görə, Fələstin iqtisadiyyatı son 5 ildə durğunluq yaşayır və bu bölgədəki siyasətlər dəyişməyincə yaxşılaşması gözlənilmir.

İsraildə adambaşına düşən gəlir Fələstin ərazilərindən təxminən 14-15 dəfə çoxdur.

Təxminən hər dörd fələstinlidən biri yoxsulluq həddinin altında yaşayır.

S.Emblad deyib: “Hesabatımız tərəflərə adambaşına artımı təşviq etmək, eləcə də maliyyələrini daha sağlam əsaslara qoymaq üçün hərəkətə keçməyə görə vacib xüsusiyyət daşıyır.

Maliyyə məhdudiyyətləri Fələstin səhiyyə sisteminə ağır yük olub. Səhiyyə xidmətlərinə çıxış üçün çoxlu maneələr var.

İsrailin işğal altındakı İordan çayının Qərb sahilində hərəkət və ticarəti məhdudlaşdırması, Qəzzanı blokadaya alması və son illər xarici yardımların azaldılması səbəbindən Fələstin iqtisadiyyatı yüksək risk altında qalıb.

Xəbəri paylaş

VİDEOLAR