Dünən Məscidül-Əqsada 60 min fələstinli cümə namazı qılıb

Dünən Məscidül-Əqsada 60 min fələstinli cümə namazı qılıb

İşğal altında olan Qüdsün Qədimi şəhərinin qapıları və girişlərində İsrail qüvvələrinin tətbiq etdiyi sərt hərbi tədbirlərə baxmayaraq, on minlərlə fələstinli mübarək Əl-Əqsa məscidində cümə namazı qılıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Qüdsdə İslami Vəqf İdarəsi məlumat yayıb.

Bildirilib ki, hesablamalara görə, 1948-ci ildə işğal olunmuş ərazilərdən, Qüds də daxil olmaqla İordan çayının qərb sahili bölgələrindən Əl-Əqsa məscidi kompleksinə cümə namazı qılmağa gələnlərin sayı 60 min olub.

Qüds şəhərindəki mənbələrin məlumatına görə, İsrail qüvvələri şəhərin bütün küçələrində, əl-Əqsa məscidində, məscidin və Qədimi şəhərin bütün darvaza və girişlərində əlavə qüvvələr yerləşdirərək, bir qism insanları cümə namazına buraxmayıb.

Qeyd edək ki, fələstinli hərəkat və cəmiyyətlər bölgədə gərgin vəziyyətdən dolayı müsəlmanları Qüdsdə kütləvi cümə namazına çağırmışdılar.

Xəbəri paylaş

VİDEOLAR