Dünən 75 min fələstinli Məscidül-Əqsada cümə namazında iştirak edib

Dünən 75 min fələstinli Məscidül-Əqsada cümə namazında iştirak edib

Sionist rejimin qadağalarına baxmayaraq, minlərlə fələstinli cümə namazını qılıb.

Fələstin mənbələri bu həftə Məscidül-Əqsada minlərlə insanın iştirakı ilə cümə namazının möhtəşəm şəkildə qılındığını açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, bu mənbələr sionist rejim ordusunun Məscidül-Əqsa qapılarında tətbiq etdiyi geniş məhdudiyyətlərə baxmayaraq, 75 min fələstinlinin cümə namazında iştirak etdiyini bildirib.

Qüdsün Vəqflər Təşkilatı bu barədə açıqlama verib:

İordan çayının qərb sahili, Qüds və işğal olunmuş ərazilərdə yaşayan 75 min fələstinli sionist rejim ordusunun sərt təhlükəsizlik tədbirləri ilə Məscidül-Əqsaya çatıb və bu müqəddəs məkanda cümə namazı qılıb.

Sionist işğalçılar Qüdsdə, xüsusilə Qüdsün köhnə hissəsində və Məscidül-Əqsanın qapılarında yerləşərək, çoxlu sayda fələstinlinin maşınlarını saxlayıb, onların kimliklərini araşdırıblar".

Məscidül-Əqsa cümə xətibi Şeyx Yusif Əbu Süneynə cümə namazı xütbəsində deyib: “Məscidül-Əqsa sionist işğalçıların vəhşi hücumunun hədəfi olub. Ərəb və İslam xalqları müsəlmanların birinci qibləsini möhkəm bir qala kimi qoruyacaqlar”.

Şeyx Yusif Əbu Süneynə həmçinin fələstinli məhbusların hüquqlarının təmin edilməsini və fələstinli şəhidlərin cənazələrinin ailələrinə təhvil verilməsini istəyib.

Xəbəri paylaş

VİDEOLAR