31 erməni hərbçinin meyiti Ermənistana təhvil verilib.
Azərbaycan Qarabağ müharibəsində həlak olmuş daha 31 erməni hərbçinin meyitini Ermənistana təhvil verib.
"Yanvarın 26-da Füzuli istiqamətində axtarış işləri aparılıb. Azərbaycan tərəfi daha 31 hərbi qulluqçunun meyitini təhvil verib. Həlak olanların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertiza təyin edilib", - deyə Ermənistan tərəfi bildirir.