Döyüş hazırlığının yoxlanması Azərbaycan-Ermənistan münaqişəsilə bağlı deyil

Döyüş hazırlığının yoxlanması Azərbaycan-Ermənistan münaqişəsilə bağlı deyil

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bunu bildiib

 

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, bu gün Rusiya və Azərbaycan müdafiə nazirləri arasında telefon danışığı olub.

Danışıq rəsmi Bakının təşəbbüsü ilə baş tutub.

Danışıq zamanı ikitərəfli əməkdaşlıq, həmçinin Rusiyada prezident Vladimir Putinin göstərişi ilə başladılan gözlənilməz hərbi yoxlama da müzakirə edilib.

Rusiyalı nazir Sergey Şoyqu Azərbaycandan olan həmkarı Zakir Həsənova bildirib ki, Rusiya ordusunun döyüş hazırlığının yoxlanması planlı yoxlamadır və Azərbaycan-Ermənistan sərhədindəki cari vəziyyətlə heç bir əlaqəsi yoxdur.

Xəbəri paylaş

VİDEOLAR