Dövlət sərhədlərinin ilk olaraq qonşu ölkələrlə açılması planlaşdırılır

Dövlət sərhədlərinin ilk olaraq qonşu ölkələrlə açılması planlaşdırılır

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyir ki, ilk növbədə daxili turizmin inkişafı prioritet istiqamət olacaq

“Dövlət sərhədlərinin ilk olaraq qonşu ölkələrlə açılması planlaşdırılır”.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya dövründə dünya turizminin vəziyyəti və post-pandemiya dövrü üçün ölkələr tərəfindən nəzərdə tutulan planlara həsr olunan “Bərpaya doğru yol” videokonfransında deyib.

“Azərbaycan turizm sənayesində normallaşma prosesinin dörd mərhələdə aparılması nəzərdə tutulur. İlkin mərhələdə təlimlərin keçirilməsi, yeni onlayn platformanın yaradılması, xarici marketinq strategiyasında dəyişiklik, ölkədaxili turizm kampaniyasının təşviq edilməsi və sənayenin dəstəklənməsi, ikinci mərhələdə daxili turizmin bərpası, üçüncü və dördüncü mərhələdə isə artıq sərhədlərin ilk növbədə qonşu və daha sonra digər ölkələrlə açılması planlaşdırılır. Post-pandemiya dövründə ilk növbədə daxili turizmin inkişafı prioritet istiqamət olacaq və ortamüddətli planda daxili turizmin inkişafı üçün xüsusi proqramların qəbul edilməsi nəzərdə tutulur”, – deyə Fuad Nağıyev bildirib.

Xəbəri paylaş

VİDEOLAR