17.12.2019 20:27:58
Suriya paytaxtı Dməşqdə terror aktı törədilib
Rasthaber Azərbaycan SANA-ya istinadən xəbər verir ki, Suriya paytaxtı Dəməşqdə avtomobilə qoyulan partlayıcı qurğunun işə düşməsi nəticəsində bir nəfər dünyasını dəyişib.
Mülki avtomobilin partlaması nəticəsində sürücü xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Partlayışın gücündən yaxınlıqdakı maşınlara da madi ziyanın dəydiyi önə çəkilir.