Vaxt getdikcə ABŞ prezidentinin yalanının üstü açılır
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ABŞ-ın İraqda yerləşən hərbi bazalarına 8 yanvarda endirdiyi aviazərbələr nəticəsində 11 ABŞ hərbçisi yaralanıb.
Rasthaber Azərbaycan Report-a istinadən xəbər verir ki, bu barədə “Defense One” ABŞ-dakı hərbi mənbələrə istinadən məlumat yayıb.
“Bu həftə onlar (Yaralılar - red.) kəllə-beyin travması ilə müalicə və sonrakı müayinə üçün Almaniyada və Küveytdə yerləşən Amerika hərbi xəstəxanalarına təxliyə ediliblər”.
Cümə axşamı ABŞ-ın İraqdakı komandanlığı bəzi əsgərlərin kəllə-beyin travması ilə bağlı müalicə edildiyini etiraf etmişdi.
Qeyd edək ki, Tramp hücum zamanı heç bir hərbçiyə zərər dəymədiyini və bazaya cüzi xəsarət dəydiyini açıqlamışdı.