Davudoğlunun partiyasının nə zaman qurulacağı açıqlandı

Davudoğlunun partiyasının nə zaman qurulacağı açıqlandı

AKP-nin sabiq sədr müavini və sabiq millət vəkili Selçuk Özdağ, yeni partiya ilə bağlı açıqlama verib.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin sabiq başnaziri Əhməd Davudoğlunun komandasında yer alan, AKP-nin sabiq sədr müavini və sabiq millət vəkili Selçuk Özdağ, yeni partiya ilə bağlı açıqlama verib.
OdaTV-yə danışan Selçuk Özdağ "Partiyamızın adı üçün "Bizim Partiya", "Bir Partiya", Yaşam və Ədalət Partiyası kimi yanında sürpriz bir adı da gündəmdə saxlayırıq.", deyərək partiyalarının adını cümə günü açıqlayacaqlarını və mətbuat açıqlaması ilə məlumat verəcəklərini bildirib.
Yeni partiya üçün baş mərkəz binasını da tutduqlarını dilə gətirən Özdağ "Pulunu verdik ümiqi bir bina tutduq, bəziləri kimi "üfiqi-üfiqi" (Üfiqi bina - təbiətə də yer verilən sadə və şəhərin özəlliyini pozmayan memarlıqdır.)  deyib uzun binalarda oturmayacağıq.", -deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR