Danimarkanın XİN başçısı "Qurani Kərim"in yandırılmasını pisləyib

Danimarkanın XİN başçısı

Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen bu gün Kopenhagendə bir neçə şəxs tərəfindən müqəddəs kitab "Qurani Kərim"in yandırılmasını pisləyib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Danimarka bu gün Quranın bir neçə şəxs tərəfindən yandırılmasını pisləyir. Bu təxribatçı və rəzil hərəkətlər Danimarka hökumətinin fikirlərini əks etdirmir. Hamını gərginliyi azaltmağa çağırıram - zorakılıq heç vaxt cavab olmamalıdır”, - deyə nazir bildirib.

Xəbəri paylaş

VİDEOLAR