Danimarkada yenidən Qurani-Kərim yandırılıb

Danimarkada yenidən Qurani-Kərim yandırılıb

Danimarkada bir qrup etirazçı İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin nüsxəsini yandırıb.

Az.rasthaber.com xəbər verir ki, Danimarkada anti-islamçı və ultra-millətçi “Danske Patrioter (Danimarkalı vətənpərvərlər)” marginal qrupunun üzvləri İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıblar.

Eyni qrup ötən həftə də analoji şou keçirdi və hadisələri Facebook-da canlı yayımlamışdılar.

İslam əleyhinə pankart açan və İslamı təhqir edən şüarlar səsləndirən qrup üzvləri İraq bayrağını və Quranı yerə ataraq onun üzərinə çıxıblar.

Bundan əlavə onlar Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında türk bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdilər.

Xəbəri paylaş

VİDEOLAR