Danimarkada yenə Qurana, müsəlmanlara qarşı təxribat hazırlanır

Danimarkada yenə Qurana, müsəlmanlara qarşı təxribat hazırlanır

Den Park adlı küçə rəssamı danimarkalı siyasətçisini Qurani-Kərim kitabını yandırmağa dəvət edib

Rasthaber gazeta-ya istinadən xəbər verir ki, Danimarkanın radikal “Sərt kurs” partiyasının lideri Rasmus Paludan bildirib ki, İsveçə gedərək Malmö şəhərindəki məscidlərdən birində Qurani-Kərim kitabını yandırmaq istəyir.

Paludanın partiyadaşlarının sözlərinə görə, Den Park adlı küçə rəssamı danimarkalı siyasətçisini Qurani-Kərim kitabını yandırmağa dəvət edib. Paludan dəvəti qəbul edib.

Paludan öz planını 28 avqustda həyata keçirmək istəyir.

Qeyd edək ki, bu, islamofob siyasətçinin ilk belə cinayəti deyil. Ötən il Paludanın başçılıq etdiyi ultra-sağçı dəstə Kopenhagendə Qurani-Kərim kitabını yandırıb.

Xəbəri paylaş

VİDEOLAR