Danimarkada Qurani-Kərimin yandırılması qadağan edilib

Danimarkada Qurani-Kərimin yandırılması qadağan edilib

Bildirilib ki, Danimarka parlamenti Qurani-Kərimin yandırılmasını qadağan edən qanun qəbul edib. Danimarka parlamenti dini mətnlərin yandırılmasını qadağan edən qanun qəbul edib, bununla da Qurani-Kərimin yandırılmasını qadağan edib. Qanunun 77 lehinə, 94 əleyhinə səslə qəbul edildiyi vurğulanıb.

Az.rasthaber.com xəbər verir ki, qanunu pozanlar cərimələnə və ya iki ilədək həbslə cəzalandırıla bilər.

Qanunun qüvvəyə minməsi üçün Danimarka kraliçası II Marqretin imzası lazımdır.

Danimarka hökuməti oktyabrın sonlarında Qurani-Kərimin yandırılması ilə bağlı artan terror təhlükəsi səbəbindən tanınmış dini icmalar üçün vacib olan mətnlərə “qəbuledilməz rəftar”ı qadağan edən qanun layihəsi təqdim edib.

İsveç və Danimarkada dəfələrlə Quran yandırma aksiyaları təşkil olunub. İslam Əməkdaşlıq Təşkilatı və onun bir çox üzvü bu hərəkətləri kəskin şəkildə pisləyib.

Danimarkalı ifrat sağçı siyasətçi və Sıx İstiqamət Partiyasının lideri Rasmus Paludan 2022-ci ildə Pasxa bayramı zamanı İsveçin Malmö, Norköpin, Yönköpinq şəhərlərində və paytaxt Stokholmda Qurani-Kərimi yandırmaq aksiyasını davam etdirib.

Paludan yanvarın 21-də Stokholmdakı Türkiyənin, yanvarın 27-də isə Türkiyənin Kopenhagendəki səfirliyinin qarşısında Qurani-Kərimi yandırıb.

Stokholmda İraq əsilli Salvan Momika Qurban bayramının ilk gününə təsadüf edən iyunun 28-də Stokholm məscidinin qarşısında polisin himayəsi altında Quranı yandırıb.

Momika iyulun 20-də Stokholmdakı İraq səfirliyi qarşısında, iyulun 31-də isə İsveç parlamentinin qarşısında polisin himayəsi altında Qurani-Kərimi və İraq bayrağını tapdalayıb.

Hücumlarını artıran Momika 25, 26, 27 və 29 avqustda da Stokholmun müxtəlif yerlərində polisin himayəsi altında Qurani-Kərimi yandırmağa davam edib.

Xəbəri paylaş

VİDEOLAR