Danimarkada karantin rejimi yüngülləşdirilir

Danimarkada karantin rejimi yüngülləşdirilir

Danimarka hökuməti kiçik biznes subyektlərinin fəaliyyətinə qoyulan məhddiyyəti aradan qaldırmağa hazırlaşır.

Rasthaber Azərbaycan “Report”a istinadən xəbər verir ki, bununla əlaqədar bərbərxanalar, gözəllik salonları və sürücülük kursları kimi obyektlərin fəaliyyəti aprelin 20-dən bərpa olunacaq.

Qeyd edək ki, rəsmi Kopenhagen bu yaxınlarda məktəblərin açılmasına icazə verən və karantin rejimini yüngülləşdirən ilk Avropa ölkələrindəndir.

Xatırladaq ki, Danimarkada 312 ölüm, 7 000-ə yaxın koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Rəsmi Kopenhagen Avropada karantin tədbirlərini həyata keçirən ilk ölkə olub.

Xəbəri paylaş

VİDEOLAR