Danimarka polisi Quranı yanmaqdan qorumağa çalışan qadını döyüb

Danimarka polisi Quranı yanmaqdan qorumağa çalışan qadını döyüb

Danimarka polisi Quranın yandırılmasının qarşısını almağa çalışan qadına hücum edib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Görüntülərdə gülləkeçirməz jilet geyinmiş danimarkalı ifrat sağçı fəalın müsəlmanlar üçün müqəddəs kitabı murdarlamağı planlaşdırdığı görünür - yandırmazdan əvvəl o, kitabın üzərinə ayaqqabı geyindirir ki, bu da təhqiramiz bir jestdir.

Yoldan ötən qadın Quranı götürüb qaçmağa çalışsa da, fəalı qoruyan polis onu yaxalayıb. Polis qadını yerə yıxıb və Quranı götürərək cırıb.

Xəbəri paylaş

VİDEOLAR