Nyu-Hempşirdə yerli müstəqillik fəalları Birləşmiş Ştatlardan ayrılmağa çalışacaqlarını açıqlayıblar.
"Vaşinqtonda 2,5 milyon seçilməmiş bürokrat var və onlar ölkəni iflas həddinə çatdırmaqdan məsuldurlar. Təkcə bu deyil, onlar Nyu-Hempşir vətəndaşlarının hüquqlarını tapdalayaraq hər il vergi ödəyicilərindən pul alırlar. Birləşmiş Ştatlardan ayrılma vaxtı çatıb. Bu, bütün siyasi spektrdə hiss olunan məyusluğun əksidir", - bəyanatda qeyd edilib.
Xatırladaq ki, Texas ştatında da ABŞ-dən ayrılma meyilləri mövcuddur.