Daha bir ölkə Ukraynanı “terror dövləti” elan edib

Daha bir ölkə Ukraynanı “terror dövləti” elan edib

Rəsmi Bamako Ukraynanı terror dövləti olaraq gözdən keçirir.

Az.rasthaber.com TASS-a istinadən xəbər verir ki, bu barədə Mali Respublikasının xarici işlər naziri Abdulaye Diop bildirib.

Bizim üçün Ukrayna terror dövlətidir“, – deyə o qeyd edib.

XİN başçısının sözlərinə görə, Afrikanın Sahel bölgəsindəki terrorçular xaricdən dəstək alırlar və həmin dəstəkçilərin arasında Kiyev də var.

Ukrayna terrorçuluğun sponsorudur və bunun qarşısını almaq lazımdır“, – deyə Diop əlavə edib.

Xatırladaq ki, 2024-cü il 20 avqustda Burkina-Faso, Mali və Niger hökumətləri BMT Təhlükəsizliş Şurasının (TŞ) sədrinə məktub göndərib və orada “Ukrayna hökumətinin beynəlxalq terrorçuluğa, xüsusilə də Sahel regionundakı terrorçuluğa verdiyi açıq-aşkar dəstəyi qəti şəkildə pisləyib. Həmçinin Mali, ardınca da Niger bu səbəblərlə Ukrayna ilə olan diplomatik münasibətlərə xitam veriblər.

Xəbəri paylaş

VİDEOLAR