İtaliya Gürcüstan vətəndaşları üçün sərhədlərini açmağa qərar verib.
Rasthaber Azərbaycan NewsBureau-ya istinadən xəbər verir ki, ölkə Gürcüstanla yanaşı, 13 ölkə vətəndaşlarını da qəbul edəcək.
İsveç də analoji qərar verib. Gürcüstan vətəndaşları iyulun 4-dən bu ölkəyə səfər edə biləcəklər. İsveç hökuməti istənilən məqsədlər üçün ziyarətçiləri qəbul etməyə hazır olduğunu bildirib.
Fransanın da Gürcüstan üçün sərhədlərini açacağı barədə məlumatlar yayılıb.