Daha bir AXCP fəalı saxlanılıb

 Daha bir AXCP fəalı saxlanılıb

Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov aprelin 15-də evindən çıxarkən saxlanılıb

Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov aprelin 15-də evindən çıxarkən saxlanılıb. O, evdən çıxmazdan əvvəl 8103 nömrəsindən SMS-icazə alıb. Onun harada saxlanıldığı məlum deyil, bu barədə AXCP-dən bildiriblər.

"Birdəfəlik desinlər ki, SMS-icazələrin AXCP üzvlərinə aidiyyatı yoxdur", deyən partiya nümayəndəsi artıq evdən çıxmaq üçün icazə aldıqdan sonra onlarla fəalın həbs edildiyini xatırladıb.

Niyaməddin Əhmədov ictimai əsaslarla AXCP liderinin mühafizəsində iştirak edib. Bir müddət əvvəl Kərimlinin digər mühafizəçisi Ruslan Əmirov həbs edilib.

AXCP bildirir ki, martın 24-də xüsusi karantin rejimi tətbiq edildikdən sonra 10-dan çox fəal saxlanılıb və inzibati qaydada həbs edilib.

Hakimiyyət karantin rejimini pozmayan insanların həbsinin nə ilə əlaqədar olduğunu izah etməkdən imtina edir. 

Turan

Xəbəri paylaş

VİDEOLAR