Daha 30 fələstinli uşaq işğalçı rejim həbsxanalarından azad edilib

Daha 30 fələstinli uşaq işğalçı rejim həbsxanalarından azad edilib

İsrail və HƏMAS arasında 4-cü girov və əsir mübadiləsi başa çatıb.

Az.rasthaber.com xəbər verir ki, HƏMAS axşam saatlarında 11 israilli girovu azad etdikdən sonra İsrail də gecə yarısı 3 qadın və 30 uşaq olmaqla fələstinli məhbusları azad edib.

Digər tərəfdən, işğalçı İsrail rejimi blokada altındakı Qəzza zolağında baş verən qarşıdurmalarda "humanitar fasilə"nin uzadılması üçün İsrail həbsxanalarından iki gün müddətinə azad ediləcək 50 fələstinli qadın məhbusun siyahısını təsdiqləyib.

İsrail Baş Nazirliyinin Mətbuat İdarəsi Qəzza zolağından “İsrailli məhbusların münaqişədə humanitar fasilənin uzadılması üçün azadlığa buraxılacağı təqdirdə həbsxanalardan azad ediləcək 50 fələstinli qadın məhbusun adlarının siyahısı təsdiqləndiyini” açıqlayıb.

Bəyanatda başqa təfərrüatlara yer verilməyib, lakin atəşkəsin uzadılması ilə bağlı razılaşmada azadlığa buraxılacaq 60 fələstinli məhbusdan qalan 10-nun uşaq olacağı gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR