Daha 2 işğalçı Qəzzada məhv edildi

Daha 2 işğalçı Qəzzada məhv edildi

İşğalçı İsrail rejimi Qəzza zolağında daha 2 əsgərinin məhv edildiyini etiraf edib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə sionist ordusunun mətbuat xidməti məlumat yayıb.

 

Belə ki, Mordexay Yosef Ben Şuam və Yotam İtsxak Pelets dünən Qəzzada pusquya salınıblar. Həmçinin daha bir neçə işğalçının da pusqu zamanı yaralandığı deyilir.

 

İsrail rejimi keçən ilin 7 oktyabrından bəri 691 hərbçisinin öldüyünü desə də, real rəqəmlər rəsmi açıqlanandan dəfələrlə çoxdur.

Xəbəri paylaş

VİDEOLAR