Dağıstanda məscid imamı ibadət ocağında güllələndi

Dağıstanda məscid imamı ibadət ocağında güllələndi

Dağıstanın Ameterkmaxı kəndində məscidin imamı güllələnib.

Az.rasthaber.com "Oxu.az"-a xəbər verir ki, bu barədə Aquşa Rayon Administrasiyası xəbər yayıb.

Məlumata görə, 62 yaşlı yerli sakin Əsədulla Rəhmanov məscidə girərək atəş açıb, nəticədə İmam Abid Maqomedov ölüb, onun iki qohumu - oğlu və qardaşı oğlu isə yaralanıb.

Yaralılardan biri hadisəni törədən şəxsin boynuna bıçaq zərbəsi endirib, nəticədə Rəhmanov aldığı xəsarətdən ölüb.

Hücum edən şəxsin cümə namazından sonra özü ilə “Kalaşnikov” avtomatı, qumbaraatan və tapança götürərək məscidə gəldiyi deyilir. Atışma yerində iki tapança və bir avtomat tapılıb.

Atışmanın dəqiq səbəbi hələ ki, məlum deyil.

Xəbəri paylaş

VİDEOLAR