Culfa - Naxçıvan qatarı ilə Avropaya qədər gedəcəyik - Purməhəmmədi

Culfa - Naxçıvan qatarı ilə Avropaya qədər gedəcəyik - Purməhəmmədi

“Culfa-Naxçıvan dəmiryolu xəttini bərpa etməklə Qaradəniz və Avropa ölkələri ilə Gürcüstan üzərindən əlaqə qura biləcəyik”

 Bu sözləri İranın Şərqi Azərbaycan vilayətinin başçısı Məhəmməd Rza Purməhəmmədi İrəvan və Tbilisiyə qədər uzanan Culfa-Naxçıvan dəmir yolu marşrutundan bəhs edərkən bildirib.

  Məhəmməd Rza Purməhəmmədi İranın Gürcüstandakı səfiri ilə videokonfrans formatında keçirilən görüşdə Şərqi Azərbaycan vilayətinin İranın Sənaye Nazirliyi tərəfindən qonşu ölkələrlə ticarətin inkişafına cavabdeh bölgə seçildiyini deyib: “Gürcüstanla yaxşı iqtisadi və mədəni əlaqələrimiz var və bunları genişləndirməyə və inkişaf etdirməyə çalışırıq”.

  İrəvan və Tbilisiyə qədər uzanan Culfa-Naxçıvan dəmir yolu marşrutundan bəhs edən Purməhəmmədi belə söyləyib: “Həmin dəmiryolu marşrutunu yenidən qurmaqla Gürcüstan vasitəsilə Qaradəniz və Avropa ölkələri ilə əlaqə qura biləcəyik. Azərbaycan və Naxçıvan Muxtar Respublikası vasitəsilə sözügedən dəmiryolu marşrutunun bərpasına üstünlük verdik və onlar da buna müsbət yanaşdılar”.

Xəbəri paylaş

VİDEOLAR