Avropa Birliyinin xarici siyasət rəsmisi işğal olunmuş Fələstində baş verən hadisələrdən narahatlığını ifadə etməklə kifayətlənib və yalnız gərginliyin dərhal dayandırılmasını tələb edib.
Az.rasthaber.com "Sputnik"ə istinadən xəbər verir ki, Avropa İttifaqının xarici siyasətinə cavabdeh olan Cozef Borel bu bazar ertəsi bəyanat yayaraq, işğal olunmuş ərazilərdə münaqişələri dərhal dayandırmağa çağırıb.
Aİ-nin xarici siyasət rəsmisi bununla bağlı deyib: "Mən İsrail və İordan çayının qərb sahilində baş verən hadisələrdən və son gərginliklərin qurbanlarının sayından narahat olduğumu bildirirəm."
“Cozef Burel” bu bəyanatın davamında sionist rejimin İordan çayının qərb sahilində məskunlaşmaların qanuniləşdirilməsinə dair açıqlamasını pisləyib.