6.04.2020 10:00:06
Liviyanın sabiq baş naziri koronavirusdan ölüb
Liviyanın sabiq baş naziri Mahmud Cibril yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Al Arabiya" telekanalı xəbər verib.
Xatırladaq ki, M.Cibril Liviyanın Keçid Milli Şurasında ilk Baş nazir olub.