Colani ABŞ-a gedəcək

Colani ABŞ-a gedəcək

Suriyada Bəşər Əsəd hökumətinin süqutundan sonra hakimiyyəti ələ keçirmiş keçmiş “Həyat Təhrir əş-Şam”ın (HTŞ, “Nusra Cəbhəsi”) başçısı Əbu Məhəmməd əl-Colani (Əhməd əş-Şəraa) ABŞ-a gedəcək.

Az.rasthaber.com xəbər verir ki, Colani Nyu-Yorkda BMT tribunasından çıxış edəcək.

Səfərin sentyabrda baş tutacağı gözlənilir.

Xatırladaq ki, əş-Şəraa əvvəllər ABŞ və BMT tərəfindən terrorçu olaraq tanınırdı.

Xəbəri paylaş

VİDEOLAR