Cənubi Koreya və ABŞ HHQ birgə təlimlərə başladı

Cənubi Koreya və ABŞ HHQ birgə təlimlərə başladı

Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyindəki mənbə məlumat verib.

Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələri bu gün birgə manevrlərə başlayıb.

Məlumata əsasən, təlim beş gün davam edəcək. Onlar Cənubi Koreyanın “F-15K” və “KF-16”, ABŞ “F-16” qırıcıları da daxil olmaqla, yüzə yaxın təyyarə vahidini cəlb edəcək. Respublikanın hava komandanlığı hər hansı təfərrüat verməkdən imtina edərək, yalnız manevrlərin “plana uyğun balanslaşdırılmış şəkildə” həyata keçirildiyini bildirib.

Xatırladaq ki, son illərdə müttəfiqlər KXDR ilə dialoqun bərpasına yönəlmiş diplomatik səyləri dəstəkləmək üçün azaldılmış miqyasda birgə təlimlər keçirirlər.

Xəbəri paylaş

VİDEOLAR