Cənubi Koreya Şimali Koreyanın materik Çin və Koreya yarımadası arasında yerləşən Sarı dənizə bir neçə qanadlı raket atdığını bildirib.
Az.rasthaber.com xəbər verir ki, Yonhap-ın xəbərinə görə, Cənubi Koreya Baş Qərargahı açıqlamasında bildirib ki, Sarı dənizə buraxılış yerli vaxtla saat 04:00-da baş tutub.
Şimali Koreyanın mümkün atma cəhdlərinin yaxından izləndiyi vurğulanan açıqlamada Cənubi Koreya ordusunun sayıqlığının ABŞ ilə əməkdaşlıqda dəstəkləndiyi bildirilib.
Xatırladaq ki, Şimali Koreya iyulun 18-də Şərq dənizində (Yaponiya dənizi) qısa mənzilli ballistik raket sınağı keçirmişdi.
42 ildən sonra ABŞ-ın Ohayo sinfinə aid nüvə sualtı gəmisi USS Kentucky-ni Cənubi Koreya sularına göndərməsi regionda gərginliyi artırdı.
USS Kentucky iyulun 18-də Busan limanında lövbər saldı və 3 günlük səfərdən sonra iyulun 21-də Cənubi Koreya sularını tərk etdi.