Çili Respublikası da Cənubi Afrikanın sionist rejimdən Qəzzada soyqırım cinayəti törətdiyinə görə şikayətinə qoşulub.
Bundan sonra Fələstin, Türkiyə, Liviya, Meksika, Nikaraqua və Kolumbiya da daxil olmaqla bir sıra ölkələr bu şikayətə qoşulub.
Çili hökuməti isə bu gün İsrail rejiminin cinayətləri ilə bağlı bu şikayətə qoşulduğunu elan edib.
Qeyd edək ki, İsrailin Fələstin xalqına qarşı amansız cinayətlərindən sonra bu il mayın 28-də İspaniya, Norveç və İrlandiya Fələstin dövlətini rəsmən tanıyıb və onunla diplomatik əlaqələr qurublar.