Cənubi Afrika İsrailin soyqırımına qarşı yüzlərlə səhifəlik sənəd hazırlayıb

Cənubi Afrika İsrailin soyqırımına qarşı yüzlərlə səhifəlik sənəd hazırlayıb

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafoza bildirib ki, gələn ay onun ölkəsi Beynəlxalq Ədalət Məhkəməsində sionist rejimin fələstinlilərə qarşı soyqırımı ilə bağlı fakt və sənədləri özündə əks etdirən yüzlərlə səhifədən ibarət cild təqdim edəcək.

Az.rasthaber.com xəbər verir ki, Cənubi Afrika Respublikasının Prezidenti sionist rejimin fələstinlilərə qarşı soyqırımı ilə bağlı Cənubi Afrikanın bu rejimdən şikayətinə dair sualın cavabında əlavə edib: “Cənubi Afrika gələn ay sionist rejimin fələstinlilərə qarşı soyqırımı ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi iddianı dəstəkləmək üçün yüzlərlə səhifəlik fakt və sənədlərdən ibarət cild təqdim edəcək.” 

“Biz bu işləri inadla davam etdiririk və gələn ay öz faktlarımızı və sübutlarımızı Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edəcəyik” - deyə, Prezident əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR