Cənubi Afrika Respublikasının ədliyyə naziri Ronald Lamola, Haaqa Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsrailə qarşı açdıqları soyqırım iddiasının dinləmələri bitdikdən sonra Məhkəmə binasını tərk edərkən mətbuata açıqlama verib.
Az.rasthaber.org xəbər verir ki, ölkəsinin sionist İsrailə qarşı Soyqırım Konvensiyasını pozduğu səbəbiylə məhkəməyə müraciət etdiyinə diqqət çəkən Lamola, Qəzzada İsrailin işğalçı hərəkətlərinin soyqırım olduğunu bildirib.
Lamola deyib: “Hazırda İsrailin icazə verdiyi soyqırım aktlarına heç nə haqq qazandırmır. Heç bir şey soyqırıma haqq qazandıra bilməz.
Biz də çox açıq şəkildə bildiririk ki; “Müqavilə çərçivəsində məhkəmənin yurisdiksiyası müəyyən edilib və bütün diplomatik kanallara əməl olunub”.