CNN: İran İsraili qoruyacaq istənilən ölkənin regional bazalarını hədəfə alacaq

CNN: İran İsraili qoruyacaq istənilən ölkənin regional bazalarını hədəfə alacaq

İran İsrailə qarşı hücumlarını gücləndirəcək və onu qorumağa çalışan hər hansı ölkənin regional bazalarını hədəfə alacaq.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, bu barədə CNN telekanalına yüksəkrütbəli İran rəsmisi bildirib.

“İran beynəlxalq hüquqa uyğun olaraq bu rejimə (İsrailə – red.) qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır. İranın əməliyyatlarından rejimi qorumağa çalışan hər hansı ölkə öz növbəsində regional bazalarının və mövqelərinin yeni hədəflərə çevrildiyini görəcək”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl İranın BMT-dəki daimi nümayəndəsi ABŞ-nin İran ərazisinə İsrail zərbələrində iştirak etdiyini bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR