Ciorcia Meloni işğalçı İsrailə "tam silah embarqosu" tətbiq edildiyini açıqladı

Ciorcia Meloni işğalçı İsrailə

İsrailin həyata keçirdiyi qırğına qarşı mövqe tutan İtaliyanın baş naziri Ciorcia Meloni yaxın günlərdə Livana səfər edəcəyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Meloni Avropa Şurası sammitindən əvvəl İtaliya Senatında keçirilən sessiyada iştirak edib.

Burada çıxış edən Meloni İtaliya hökumətinin işğalçı İsrailə tətbiq etdiyi embarqolardan danışıb.

Meloni çıxışında aşağıdakı ifadələrdən istifadə edib:

İsrailin Qəzzaya hücumlara başlaması ilə hökumət dərhal bütün yeni ixrac lisenziyalarını dayandırdı və oktyabrın 7-dən sonra imzalanan bütün müqavilələr ləğv edildi.

Baş nazir Meloni oktyabrın 7-dən əvvəl təsdiq edilmiş lisenziyaların Xarici İşlər Nazirliyi tərəfindən yoxlanıldığını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR