Çinli hakerlər Donald Tramp yaxın adamının məlumatlarını ələ keçiriblər.
Az.rasthaber.com xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.
İddiaya görə, Çin hakerləri ABŞ-da respublikaçıların prezidentliyə namizədi Donall Trampın müşavirlərdən birinin, həmçinin digər yerli siyasətçilərin telefon danışıqlarını ələ keçiriblər.
Mənbələrin məlumatına görə, haker "hücumunun" arxasında Çin hökumətinə bağlı olan "Salt Typhoon" hakerlər qrupu durur. Hakerlər amerikalı siyasətçilərin səs yazılarını və şifrələnmiş mesajlarını ələ keçirə biliblər.
ABŞ hökuməti hücumun nə cür baş verməsi ilə bağlı araşdırma aparır.