Çin Xarici İşlər Nazirliyi sionist rejimin İrana təcavüzünə reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, İsrail üzərində təsiri olan ölkələrin gərginliyi azaltmaq üçün təcili addımlar atmalı olduğunu bildirib və Yaxın Şərqdə vəziyyətin daha da pisləşməsinin heç bir tərəfin maraqlarına uyğun olmadığını vurğulayıb.
Çin Xarici İşlər Nazirliyi “Təhlükə və təzyiqlər Yaxın Şərqdəki vəziyyəti sakitləşdirməyəcək, əksinə, münaqişənin miqyasını genişləndirəcək” deyib.
Nazirlik həmçinin İran və İsraildəki səfirlik və konsulluqlarla əlaqə saxladığını və vətəndaşlarının sürətli təxliyəsini təşkil etdiyini açıqlayıb.
Mehr Xəbər Agentliyinin məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü bu gün keçirdiyi həftəlik mətbuat konfransında bildirib ki, onlar İranın “suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünü pozulmasına” və “gərginliyi artıran və münaqişəni genişləndirən hərəkətlərə” qarşıdırlar.
Sionist rejim cümə günü İrana təcavüzündən sonra hava limanlarını bağlayıb.
Çin səfirliyi də bu səhər Çin vətəndaşlarına təhlükəsizlik vəziyyətinin pisləşə biləcəyi barədə xəbərdarlıq edib.