Çindən ABŞ-a 'qırmızı xətt' xəbərdarlığı

Çindən ABŞ-a 'qırmızı xətt' xəbərdarlığı

ABŞ Tayvanla olan bütün rəsmi əlaqələrini dərhal dayandırmalıdır.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Çinin ABŞ-dakı səfirliyindən xəbərdarlıq edilib.

Qeyd edilib ki, bu məsələ Çin və ABŞ arasında münasibətlərin ilk "qırmızı xətti"dir.

Vurğulanıb ki, Pekin ABŞ ilə Tayvan arasında istənilən formadakı rəsmiyyətin qəti şəkildə əleyhinədir.

Bildirilib ki, ABŞ "Vahid Çin" prinsipinə riayət etməlidir, həmçinin ABŞ verdiyi sözlərə də əməl etməlidir - Tayvanın müstəqilliyini dəstəkləməməli, Tayvanla rəsmi əlaqələri dərhal kəsməli və təkrarən bu şeylərə yol veməməlidir.

Çin tərəfi həmçinin qeyd edib ki, Vaşinqton Pekin barədəki səhv təsəvvürünü düzəltməli, rəqabət və soyuq müharibə kimi fikirlərdən imtina etməlidir, həmçinin stabillik və tərəqqi üçün tədbirlərini konkretləşdirməlidir.

Xəbəri paylaş

VİDEOLAR