Çin və ABŞ-da koronavirus əleyhinə vaksinlərin sınaqlarını keçirir

Çin və ABŞ-da koronavirus əleyhinə vaksinlərin sınaqlarını keçirir

Çində və ABŞ-dakı könüllülər üzərində sınaqlar keçirilən üç potensial COVID-19 peyvəndi erkən mərhələdə sürətli irəliləyiş əldə edir

Rasthaber Azərbaycan Voa-ya istinadən xəbər verir ki, Çində və ABŞ-dakı könüllülər üzərində sınaqlar keçirilən üç potensial COVID-19 peyvəndi erkən mərhələdə sürətli irəliləyiş əldə edir, lakin hələ də onların yararlı olduğunu sübut etmək üçün gediləcək uzun bir yol var.

Çinin Elm və Texnologiyalar Nazirliyi CanSino Biologics şirkətinin mümkün vaksin sınaqlarının ikinci mərhələsinə başladığını açıqlayıb.

ABŞ-da Milli Səhiyyə İnstitutları və Moderna Inc tərəfindən hazırlanan potensial peyvənd də onlardan geri qalmır. Keçən ay bu eksperimental peyvəndi alan ilk şəxs ikinci doza üçün çərşənbə axşamı Sietl xəstəxanasına qayıdıb.

NIH yoluxucu xəstəliklər şöbəsinin müdiri Dr. Entoni Fauçi Associated Pressə bildirib ki, bu günə qədər "qırmızı bayraqlar yoxdur" və o, növbəti, daha böyük sınaq mərhələsinin iyunda başlaya biləcəyinə ümid edir.

Üçüncü namizəd, Inovio Pharmaceuticals şirkəti keçən həftə ABŞ-da ilk addım olaraq təhlükəsizlik testləri üçün eksperimental peyvəndlərə başlayıb və tədqiqatlarını Çinə qədər genişləndirməyə ümid edir.

İlkin testlərdə təhlükəsizliyə diqqət yetirilir və hər iki ölkədə tədqiqatçılar müxtəlif növ peyvəndlərin müxtəlif dozalarını sınayırlar.

Ancaq ikinci mərhələyə keçid vaksinlərin infeksiyadan qoruduğu əlamətlərinin müşahidəsi üçün daha çox insan üzərində testdən keçirilməsinə imkan verən mühüm bir addımdır.

Ötən həftə CanSino şirkəti növbəti araşdırmaya 500 nəfərin cəlb edilməsini hədəflədiyini göstərən hesabat təqdim edib.

Gələcəyə nəzərən Fauçi ehtimal edir ki, koronavirus yay və payız aylarında kifayət qədər geniş yayılmağa davam edərsə, böyük tədqiqatların onun əvvəlcədən təxmin etdiyi kimi 12-18 aydan daha tez müddətdə bitirilməsi mümkün ola biləcək.

Çində mətbuat konfransı zamanı rəsmilər də işlərin lazımi şəkildə aparılmasının vacibliyini bildirib.

"Fövqəladə vəziyyətə düşsək də, peyvəndlərin nəzərdən keçirilməsində təhlükəsizlik və effektivlik səviyyələrini aşağı sala bilmərik" - deyə, Çin biofarmasiya mütəxəssisi Uan Yunji bildirib. "İctimaiyyət böyük diqqət göstərir" o əlavə edib.

Ümumdünya Səhiyyə Təşkilatı bu həftə dünyada ilkin mərhələlərdə inkişaf etdirilən daha 50-yə yaxın digər mümkün vaksin üzərində iş aparıldığını açqlayıb. Bir çox tədqiqat qrupu işi sürətləndirmək üçün birgə iş aparır; çərşənbə axşamı verilən açıqlamada böyük vaksin şirkətləri olan Sanofi və GSK peyvənd üzərində birgə işləyən daha bir tərəfdaş oldu.

Ümumdünya Səhiyyə Təşkilatının siyahısında peyvəndlərin müxtəlif hazırlanması üsulları mövcuddur. Buna görə də bir yanaşma nəticəsiz olsa, digərindən istifadə ediləcəyinə ümid edilir.

CanSino şirkətinin peyvəndi Ebolaya qarşı mübarizədə yaradılan genetik olaraq hazırlanmış preparata əsaslanır. ABŞ-ın aparıcı namizədləri koronavirusun genetik kodunun bir hissəsinin nüsxələrindən hazırlanmış fərqli bir yanaşmadan istifadə edirlər.

Xəbəri paylaş

VİDEOLAR