Çin: Səudiyyə Ərəbistanı və İran arasında dialoqu dəstəkləyəcəyik

Çin: Səudiyyə Ərəbistanı və İran arasında dialoqu dəstəkləyəcəyik

Çin Səudiyyə Ərəbistanı və İran arasında dialoqu dəstəkləyəcək.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Çin Sədri Si Cinpin bildirib.

Cinpin qeyd edib ki, Ər-Riyad və Tehran hökumətləri arasında münasibətlərin normallaşması regionda birlik və əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır:

"Çin hökuməti Səudiyyə Ərəbistanı ilə İran arasında sonrakı dialoq prosesini dəstəkləməyə davam etmək niyyətindədir. Ziddiyyətlərin dialoq yolu ilə həlli bütün dövlətlərin maraqlarına və beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğundur”.

Xatırladaq ki, bu ayın 10-da Səudiyyə Ərəbistanı və İran iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər. Hər iki ölkə nümayəndələrinin Pekində bir neçə gün danışıqlar aparması nəticəsində üçtərəfli bəyanat hazırlanıb.

Xəbəri paylaş

VİDEOLAR