Çin Qəzzada əldə olunan atəşkəsi alqışlayıb

Çin Qəzzada əldə olunan atəşkəsi alqışlayıb

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq Həmas ilə İsrail arasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasını müsbət hal kimi qiymətləndirib.

Az.rasthaber.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bugünkü adi mətbuat konfransında Fələstindəki vəziyyəti dəyərləndirib.

Çinin Fələstin böhranında davamlı olaraq atəşkəs və müharibənin dayandırılması çağırışları etdiyini bildirən Mao, ölkəsinin bölgədəki vəziyyəti yüngülləşdirmək və mülki şəxslərə humanitar yardım göstərmək üçün davamlı səylər göstərdiyini xatırladıb.

Mao atəşkəslə bağlı əldə olunan razılaşmanın humanitar böhranın aradan qaldırılmasına və vəziyyətin yaxşılaşmasına töhfə verəcəyinə ümid etdiklərini ifadə edib.

Sionist rejimlə Həmas arasında əsir mübadiləsi və 4 günlük müvəqqəti atəşkəs razılaşması əldə edilib.

Xəbəri paylaş

VİDEOLAR