Bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Tszyun Təhlükəsizlik Şurasının iclası zamanı bəyan edib.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, rəsmi Dəməşqin icazəsi olmadan istənilən xarici qüvvələrin Suriya ərazisindəki mövcudiyyəti qeyri-qanunidir və buna son qoyulmalıdır.
O, bütün bunların Suriyanın suverenliyini sarsıtdığını, onun xalqının maraqlarını pozduğunu, siyasi həll üzrə beynəlxalq cəmiyyətin səylərini 0-a endirdiyini qeyd edib.
Çinli rəsminin sözlərinə görə, beynəlxalq ictimaiyyət Suriyanın suverenlik, təhlükəsizlik və inkişafını təhdid edən problemlərin həlli ilə bağlı ümumi yanaşmaya sadiq qalmalıdır.
O əlavə edib ki, terrorçuluqla mübarizədə Suriyaya dəstək vermək lazımdır.