Çin Prezidenti: Fələstin məsələsi insanların ürəyini ağrıtdı

Çin Prezidenti: Fələstin məsələsi insanların ürəyini ağrıtdı

Çin prezidenti Şi Cinpin sionist rejimin Qəzza zolağına hücumunun xalqın ürəyini ağrıtdığını bildirərək deyib: Müstəqil Fələstin dövlətinin yaradılması əsas həll yoludur.

Az.rasthaber.com xəbər verir ki, dünən (bazar günü) iki günlük səfər məqsədilə Fransaya gələn Çin prezidenti Şi Cinpin Fransa mediasına verdiyi xüsusi notda yazıb: İsrailin Qəzza zolağına hücumu dünya xalqlarının ürəyini ağrıtdı və bu problemin əsas həll yolu müstəqil Fələstin dövlətinin yaradılmasıdır.

O, hazırkı vəziyyətin əsas səbəbini “BMT qətnamələrinin yerinə yetirilməməsi” hesab edib və əlavə edib ki, “2 dövlətli həll yolu” deyilən plan məhv edilir və Yaxın Şərqdə sülh prosesi doğru yoldan çıxıb.

Şi qeyd edib ki, Çin və Fransa Fələstin məsələsində çoxlu konsensusa malikdir və Yaxın Şərqdə sülhün bərpası üçün əməkdaşlığı artırmalıdırlar.

Xəbəri paylaş

VİDEOLAR