Hazırda dünyada COVİD-19-a qarşı 83 peyvənd üzərində işlər davam edir
ABŞ-ı və Avropadakı rəqiblərini geridə qoyan Çin koronavirus peyvəndinin kliniki sınaqlarını tamamlayan ilk ölkə oldu.
Rasthaber Azərbaycan-ın Sputnik-ə istinadən xəbərinə görə, klinik sınaqların nəticələri də ümidverici olub.
Belə ki, 18-70 yaşlı 108 könüllünün qatıldığı testlərdə hər kəsin 2 həftə sonra koronavirusa qarşı müxtəlif səviyyələrdə antikor inkişaf etdirdiyi aşkar edilib. 28 gün sonra isə bu şəxslərin qanlarında virusla savaşan T hüceyrəsinin yüksək olduğu aşkarlanıb ki, bu da sınaqlaırn uğurla yekunlaşdığını göstərir.
Bu günə olan son məlumata görə, hazırda dünyada COVİD-19-a qarşı 83 peyvənd üzərində işlər davam edir.