Çin lideri Si Cinpin dəvət olunmasına baxmayaraq ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi üçün Vaşinqtona gəlməyəcək.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin CBS telekanalı məlumat yayıb.
Telekanalın mənbələrə istinadən yaydığı məlumatda bildirilir ki, tədbirdə Çinin ABŞ-dəkı səfiri ilə yanaşı, digər Çin rəsmilərinin də iştirak edəcəyi gözlənilir.
Çin liderinin tədbirə niyə gəlmədiyi ilə bağlı isə məlumat verilmir.